“Qarabağ”ın rəqibi səfərdə xal itirib
16.01.2025 - 09:18

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Olimpiakos” Yunanıstan Kubokunda 1/4 final mərhələsinin ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Pirey təmsilçisi səfərdə “Panatinaikos”la üz-üzə gəlib. Matç qollu bərabərliklə başa çatıb – 1:1.
“Panatinaikos”da Filip Yuriçiç, “Olimpiakos”da isə Roman Yaremçuk fərqlənib.
Komandalar arasındakı cavab görüşü fevralın 5-də olacaq.
“Qarabağ” “Olimpiakos” ilə yanvarın 30-da səfərdə qarşılaşacaq.
- Boksçumuz dünya çempionatına qələbə ilə başladı
- Qurban Qurbanov: “Onların məğlubiyyətləri bizi aldada bilər” - MÜSAHİBƏ
- Sərxan Hacıyev: “Elmar Məmmədyarov yanlış başa düşüb, komanda sayı dəyişməyəcək"
- Pirlo rəsmən Türkiyə klubunda
- Türkiyəli futbolçu: “Azərbaycan millisindən imtina etdiyim üçün peşman deyiləm”
0
0