"Qarabağ"ın rəqibində yeni müqavilə
23.09.2025 - 11:22
"Napoli" Matteo Politano ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub onunla yeni müqavilə imzalayıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər 2028-ci ilin yayına qədər nəzərdə tutulan sözləşmə bağlayıblar. "Napoli" Matteo Politano 2021-ci ilin yayında "İnter"dən transfer edib.
Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasında "Napoli" ilə oyunu noyabrın 26-da baş tutacaq.
- “İnter” Çalhanoğlu üçün “Qalatasaray”ın təklifini rədd edib
- "Qarabağ"ın rəqibindən qapıçı transferi
- Türkiyə Kubokunun 1/4 finalında “Fənərbaxça” “Qalatasaray”la qarşılaşacaq
- Premyer Liqa: “Mançester Siti” əsəbini "Çelsi"dən çıxdı
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
0
0