“Qarabağ”ın rəqibindən səfər qələbəsi
07.01.2025 - 09:59
“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Olimpiakos” Yunanıstan çempionatında növbəti qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, komanda XVII turun son matçında səfərdə “Panetolikos”u 2:0 hesabı ilə üstələyib.
Qonaqların heyətində El Kaabi (45+5) və Çikino (70) fərqlənib.
“Ağ-qırmızılar” 37 xalla Yunanıstan Superliqasının birinci sırasında qərarlaşıblar.
Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”la yanvarın 30-da səfərdə qarşılaşacaq.
- Rasim Ramaldanov: "Millinin hazırkı heyətində 2-3 futbolçu daha ola bilərdi" - Müsahibə
- Azərbaycan Prezidenti türk idmançıları Qarabağa dəvət etdi
- "Borussiya"dan futbolçulara maraqlı cəza üsulu
- Türkiyədə növbəti mövsümün püşkü atılıb
- Çumbinyo Qurbanovun replikasını yada saldı: “Səyahətdən həzz almağa hazırlaşın"
0
0