!["Qarabağ"ın rəqibindən yeni müqavilə](https://ww3.apasport.az/storage/news/2024/january/16/big/65a67a51f3dac65a67a51f3dad170540910565a67a51f3daa65a67a51f3dab.jpg)
“Braqa” futbolçusu ilə müqaviləni yeniləyib.
Apasport.az xəbər verir ki, "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Portuqaliya klubu Joau Vaskonselosla razılaşmanın müddətini artırıb.
Klubun öz yetirməsi olan 18 yaşlı gənc futbolçu 2028-ci ilin yayına kimi “Braqa”ya məxsus olacaq. Portuqaliyanın aşağı yaş qruplarından ibarət komandalarının şərəfini qorumuş arxa xətt oyunçusu komandanın əvəzedici heyətinin üzvü olsa da, tez-tez əsas komandaya da cəlb olunur. O, bu mövsüm 16 matçda meydana çıxaraq, 5 qol və 2 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında pley-off matçları fevralın 15-i və 22-nə planlaşdırılıb.