İngiltərə Premyer Liqa klublarından "Mançester Yunayted"in gənc ulduzu Alexandro Qarnaço qış transfer pəncərəsinin ən populyar oyunçularından biridir.
Apasport.az xəbər verir ki, futbolçu üçün "Napoli" və "Çelsi" transfer yarışına giriblər.
İtalyanlar Qarnaço üçün Mançester klubuna 50 milyon avroluq təklif göndərib. Hətta təklifə 50 milyondan əlavə bir sıra bonuslar da daxildir.
Lakin ingilis klubu Alexandronun qiymətinin daha artıq olduğunu düşünüb və bu təklifi qəbul etməyib.
İnsayder Fabritsio Romanonun xəbərinə görə, "Napoli"nin baş məşqçisi Antonio Konte də keçdiyimiz cümə günü futbolçu ilə görüşüb və onu razı salmağa çalışıb.
Digər tərəfdən Alexandro transferi üçün "Çelsi"nin də maraqlı olduğu bildirilir. Bu alternativ təklif "Yunayted"in əlini gücləndirib və futbolçunun qiymətini də qaldırmış olub.
"Transfermarkt" portalının 50 milyon avro olaraq qiymətləndirdiyi Qarnaço bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 32 matça çıxıb və 8 qol, 5 assistlə yadda qalıb.
- Məhəmməd Abdullayev: “Növbəti dünya çempionatlarında “bürünc”ü “qızıl”a çevirməyə çalışacam”
- Avropada 4 komandadan biri – “Qarabağ”
- Valdas Dambrauskas: “Məni məşqçi kimi narahat edən məsələ…”
- Basketbol Liqasında II tura bu gün yekun vurulacaq
- Şəhriyar Əliyev: “Ən azından üçüncü pillədəki yerimizi saxlamaq istəyirik”