Qasperini hakimlikdən narazıdır
03.01.2025 - 13:38
![Qasperini hakimlikdən narazıdır](https://ww3.apasport.az/storage/news/2025/january/03/big/6777aef1bbb996777aef1bbb9a17358968176777aef1bbb976777aef1bbb98.jpg)
"İnter" İtaliya Superkubokunun yarımfinalında "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, "Atalanta"nın baş məşqçisi Can Piero Qasperini matçda baş verənləri şərh edib:
"Əlbəttə, “İnter” güclü komandadır, bəlkə də hazırda ən güclüsüdür. Texniki cəhətdən onlar bizdən yüksək səviyyədədir, amma oyunumuzdan razıyam. VAR yenidən pis təəssürat yaratdı. Ketelarenin epizodunu aydınlaşdırmaq 7 dəqiqə çəkdi".
Qeyd edək ki, digər yarımfinalda bu gün “Yuventus”la “Milan” qarşılaşacaq. Qalib komanda final görüşündə "İnter"in rəqibi olacaq.
0
0