“Qəbələ”dən ayrılan hücumçu Ukrayna klubunda
31.08.2024 - 12:51
![“Qəbələ”dən ayrılan hücumçu Ukrayna klubunda](https://ww3.apasport.az/storage/news/2024/august/31/big/66d2d58e4756e66d2d58e4756f172509326266d2d58e4756a66d2d58e4756c.jpg)
“Qəbələ”dən ayrılan Osama Xalaylanın yeni ünvanı məlum olub.
Apasport.az xəbər verir ki, 26 yaşlı hücumçu Ukrayna təmsilçisi LNS-yə keçib. Bu barədə Çerkası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xalayla ilə 1 illik müqavilə imzalanıb.
İsrailli forvard “Qəbələ” ilə ötən mövsüm Premyer Liqada 33 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.
LNS Ukrayna Premyer Liqasında mübarizə aparır. Komanda 4 turdan sonra 9 xalla 3-cü sıradadır.
0
0