Qətərin yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
01.05.2025 - 17:22
Futbol üzrə Qətər milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Yığma komanda Xulen Lopeteqiyə həvalə olunub.
Bu barədə Qətər Futbol Federasiyası məlumat yayıb.
Müqaviləyə əsasən, Lopeteqi 2027-ci ilin iyun ayına qədər ərəblərin baş məşqçisi olacaq.
Son olaraq Premyer Liqa klublarından "Vest Hem"i çalışdıran Lopeteqinin baş məşqçi kimi CV-si olduqca zəngindir.
Mütəxəssis daha əvvəl İspaniya milli komandası, "Real Madrid", "Sevilya", "Porto", "Volverhempton" kimi klublara rəhbərlik edib.
- Conatan Benteke: "Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm" - MÜSAHİBƏ
- İslandiyanın baş məşqçisi: "Azərbaycanla oyunda qələbə qazanmalıyıq"
- Elmar Baxşıyev: “Bu komanda nə Elmarın, nə də burdakı rəhbərliyindir”
- Sabiq “Real”lı: “Messi dahi doğulub”
- Azar: “Co Baydenlə yerimi dəyişmək istəyirəm”
0
0