“Qızıl top” üçün səsvermənin nəticələri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, mükafatın sahibi olan “Real”ın hücumçusu Kərim Benzema 558 mümkün xaldan 549-nu toplayıb.
Münsiflər heyətinin 93 üzvündən 89-u onu birinci yerə layiq görüb. Yalnız Misir, Niderland, Seneqal və Sloveniyadan olan jurnalistlər fərqli seçim ediblər.
Səsvermənin nəticələrinə görə ilk “10-luq” aşağıdakı kimidir:
1. Kərim Benzema (“Real”) - 549 xal;
2. Sadio Mane (“Bavariya”/“Liverpul”) - 193;
3. Kevin de Bruyne (“Mançester Siti”) - 175;
4. Robert Levandovski (“Barselona”/“Bavariya”) - 170;
5. Məhəmməd Salah (“Liverpul”) – 116;
6. Kilian Mbappe (PSJ) - 85;
7. Tibo Kurtua (“Real”) - 82;
8. Vinisius Junior (“Real”) - 61;
9. Luka Modriç (“Real”) - 10;
10. Erlinq Haland (“Mançester Siti”/“Borussiya”, Dortmund) - 18.
Qeyd edək ki, “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldo və daha 10 futbolçu 1 xal belə qazana bilməyib.
- Skarlatake: “Təklifləri var, amma “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir” - MÜSAHİBƏ
- Moldova – Azərbaycan oyununun vaxtı açıqlandı
- Azərbaycan millisinin Portuqaliya ilə oyunlar üçün heyəti müəyyənləşib
- "Liverpul"un kapitanı nəhənglərin radarına düşüb
- Arsen Venger: "UEFA bu məsələni diqqətdə saxlamalıdır”