“Qızıl top”a favoritlər müəyyənləşib
04.06.2024 - 11:58
“Qızıl top”a favoritlərin siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki,siyahını "Goal" nəşri hazırlayıb. İlk "dördlük"də "Real Madrid" futbolçuları yer alıb.
Mükafatı qazanmağa ən yaxın ad Vinisius Juniordur. “Real”ın vingeri bu mövsüm La Liqada və Çempionlar Liqasında qalib olub, ÇL-də mövsümün ən yaxşı futbolçusu seçilib.
İkinci sırada onun komanda yoldaşı Cud Bellingem yer alıb. 3 və 4-cü sırada Kilian Mbappe ilə Toni Kroos qərarlaşıb. Beşinci pilləni isə “Bavariya”dan Harri Keyn tutub.
Qeyd edək ki, “Qızıl top”un qalibi oktyabrın 28-də açıqlanacaq.
- Ukrayna geridönüş edərək vacib qələbə qazandı - YENİLƏNİB
- Okan Buruk: “Hakimin əleyhimizə verdiyi qərarlar çox oldu”
- Pep Qvardiola zədəli futbolçularının durumuna aydınlıq gətirdi
- Vojislav Stankoviç: "Bura niyə gəldiyimizi yaxşı bilirik"
- AFFA klub nümayəndələri ilə növbəti mövsümün planlarını müzakirə edib
0
0