"Qızıl top"un sahibi müəyyənləşib
24.09.2024 - 09:35
“France Football” nəşrinin təsis etdiyi "Qızıl top" mükafatını alacaq futbolçunun adına aydınlıq gətirilib.
Apasport.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mükafat La Liqa təmsilçilərindən "Real"ın və Braziliya millisinin üzvü Vinisius Juniora veriləcək.
Qeyd edək ki, Vinisius Junior 2023/2024 mövsümündə Madrid təmsilçisi ilə İspaniya çempionu olub. O, bundan əlavə UEFA Çempionlar Liqasını və UEFA Superkubokunu da qazanıb. Vinger 49 matçda 26 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qarabağ”ın oyunlarına azarkeşlər buraxılmayacaq
- Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi başa çatıb
- Fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının II günü başa çatıb - FOTO
- "Qalatasaray" Viktor Osimheni rəsmən açıqladı - VİDEO
- Azərbaycan Kuboku: “Turan Tovuz” II Liqa klubunu darmadağın etdi - YENİLƏNİB
0
0