Qnabri "Bavariya"dan gedə bilər
16.04.2024 - 14:43

Bundesliqa təmsilçisi olan "Bavariya"nın hücumçusu Serj Qnabri “Bavariya”nı tərk edə bilər.
Apasport.az xəbər verir ki, Serj ancaq top klublardan təklif alacağı təqdirdə Almaniya klubundan gedəcək. Əks halda futbolçu komandada qalacaq.
Xatırladaq ki, Qnabri 2017-ci ildən "Bavariya"da çıxış edir. Hücumçunun müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
“Transfermarkt” portalı forvardın dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, bu mövsüm Serj "Bavariya"nın heyətində 17 matçda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
- II Liqada oyunların vaxtı dəqiqləşdi
- "Omoniya"nın baş məşqçisi: ""Zirə" bu oyunda yeni həll yolları tapmağa çalışacaq"
- Millimiz II Dünya Olimpiya Təsnifat Turnirində 9 boksçu ilə təmsil olunacaq
- Morantın inanılmaz xalı sayılmadı: NBA-da gecənin nəticələri - VİDEO
- “Real” “Barsa”nı məğlub etdi: Tarixdə ilk dəfə
0
0