Qnabrinin əli sındı
27.09.2023 - 09:46
"Bavariya"nın hücumçusu Serj Qnabrinin əli sınıb.
Apasport.az saytı xəbər verir ki, hadisə Almaniya kubokunun ilkin mərhələsində "Preussen Münster"lə matçında (4:0) baş verib.
Bundestimin də şərəfini qoruyan 28 yaşlı forvard matçın 11-ci dəqiqəsində meydandan çıxmalı olub. Futbolçu yaxın vaxtlarda əlavə tibbi müayinələrdən keçəcək.
Qeyd edək ki, 2018-ci ildən Münhen klubunda çıxış edən Qnabri bu mövsüm 6 matçda 1 qolla yadda qalıb.
- “Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək
- III MDB Oyunlarının səkkizinci günü: 9 idman növü üzrə yarışlar keçiriləcək
- Millimizin Araz Musayevi bıçaqlayan baş məşqçisi həbs edildi
- Yığma komandamız Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçına çıxacaq
- DÇ-2026: Mərakeş Şotlandiyanı məğlub edib - YENİLƏNİB
0
0