Qreq Berxalter ABŞ millisindən qovuldu
11.07.2024 - 13:40
![Qreq Berxalter ABŞ millisindən qovuldu](https://ww3.apasport.az/storage/news/2024/july/11/big/668fa81da7713668fa81da77141720690717668fa81da7711668fa81da7712.jpeg)
ABŞ millisinin baş məşqçisi Qreq Berxalter istefaya göndərilib.
Apasport.az xəbər verir ki, baş məşqçinin qovulmasının səbəbi Kopa Amerikadakı uğursuzluq olub.
Turnirə ev sahibliyi edən ABŞ qrup mərhələsində 3-cü yeri tutaraq mübarizədən kənarda qalıb. Yığma C qrupunda Uruqvay, Panama və Boliviya ilə mübarizə aparıb. Bu oyunlardan ikisində məğlub olub, birində isə qələbə qazanıb.
Qeyd edək ki, Berxalter 2018-2022-ci illər aralığında çalışdırdığı ABŞ millisindən haqqında başladılan araşdırma səbəbilə 6 aylıq uzaqlaşdırılmış, 2023-cü ildə geri qayıtmışdı.
0
0