Qrizmann La Liqada 200-cü qolunu vurub
02.11.2025 - 13:22
“Atletiko” İspaniya La Liqasının XI turunda “Sevilya”nı məğlub edib – 3:0.
Apasport.az xəbər verir ki, görüşdə fərqlənən Antuan Qrizmann çempionatdakı 200-cü qolunu vurub.
Fransalı oyunçu La Liqada bu saya çatan 6-cı legioner olub.
İspaniya çempionatlarında ən çox qol vuran əcnəbi isə Lionel Messidir. O, “Barselona” ilə 474 qol aimza atıb.
0
0