Qrizmann MLS-də çıxış edəcək
23.03.2026 - 21:28
Qrizmann MLS-də çıxış edəcək

"Atletiko Madrid"in ulduz futbolçusu Antuan Qrizmann karyerasını ABŞ-də davam etdirəcək.

Apasport.az xəbər verir ki, fransalı hücumçu "Orlando Siti" ilə anlaşıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 35 yaşlı forvard MLS təmsilçisi ilə 2 illik razılaşma əldə edib.

Qeyd edək ki, Fransa millisinin üzvü "Atletiko Madrid"də indiyədək 497 rəsmi matça çıxıb, 211 qol vurub və 97 məhsuldar ötürməyə imza atıb.