UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – “Vestri” (İslandiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 8-də saat 19:15-də “Azersun Arena”da baş tutacaq. Saat 19:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. "Köhlən atlar"ın hazırlıq prosesi “Azersun Arena”da gerçəkləşəcək.
Qonaq komandanın baş məşqçisi Daniel Osafo-Badunun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 17:30-da start götürəcək. İslandiya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi bu arenada keçiriləcək və saat 18:00-da başlayacaq.
Qeyd edək ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” görüşü saat 20:00-da başlayacaq.
- Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub
- İki güləşçimiz dünya üçüncüsü olub
- Fərid Qayıbov Parisdə idman nazirlərinin beynəlxalq forumunda iştirak edib
- Tomas Bax və Çunqvon Çu Azərbaycan Taekvondo Federasiyasında olublar - FOTOLENT
- Füzuli Məmmədov: “Hakimlər bizim matçlarda çox diqqətli olsunlar”