“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis 2 ildən sonra İngiltərə klubundan ayrılacaq.
O, 2025-ci ilin yayında Mançester təmsilçisini tərk etmək qərarına gəlib. “Şəhərlilər”lə Çempionlar Liqasını qazanan Qvardiola karyerasını bitirəcəyi vaxtı da müəyyənləşdirib.
O, hələ 9 il çalışmağı planlaşdırır. İspaniyalı 2032-ci ildə karyerasını başa vuracaq. Qvardiola İtaliya klublarında və ya milli komandada çalışmağı da planlaşdırır.
Qeyd edək ki, mütəxəssis 2016-cı ildən Premyer Liqa klubuna rəhbərlik edir.
- Millimiz quru hesabla uduzdu - YENİLƏNİB
- "Qarabağ"ın futbolçusu Avropa Liqasında həftənin rəmzi komandasına düşüb
- Seneqalın çempionluğu ləğv edildi! - Mərakeş çempion sayıldı
- 2 taekvondoçumuz dünya çempionatında çıxışını başa vurdu
- Rövnəq Abdullayevin səhhətində problem yarandı - İcraiyyə Komitəsinin iclası təxirə salındı