Rafa Silva rəsmən “Benfika”da
22.01.2026 - 22:20
"Beşiktaş"ın futbolçusu Rafa Silvanın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, portuqaliyalı vinger "Benfika"ya transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Rafa Silva 2024-cü ilin yayında “Beşiktaş”a “Benfika”dan keçmişdi. O, bu mövsüm İstanbul təmsilçisinin heyətində 16 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Millimiz ilkin mərhələdə ikinci oyununa çıxır
- "Sabah" Rusiya klubuna 400 min avro ödəyib
- Nazir beynəlxalq minifutbol federasiyalarının rəhbərləri ilə görüşdü
- İrəvanda mükafat qazanan türkiyəli idmançı: “Medalı Azərbaycana hədiyyə etdiyim üçün çox qürurluyam”
- "Liverpul"un müdafiəçisi "Beşiktaş"ın hədəfində
0
0