Rafael Markez Meksika millisində - RƏSMİ
22.04.2026 - 12:06
Rafael Markez Meksika millisində - RƏSMİ

Rafael Markez Meksika millisinin baş məşqçisi təyin olunacaq.

Apasport.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.

Onun təyinatı DÇ-2026-dan sonra reallaşacaq.

Mütəxəssis hazırda yığmada çalışır. O, baş məşqçi Xavyer Aqirrenin köməkçisi vəzifəsini yerinə yetirir.

Qeyd edək ki, Markez daha öncə "Barselona"nın əvəzedici komandasına rəhbərlik edib.