Ramos İspaniya klubu ilə anlaşmağa yaxındır
24.05.2024 - 14:33
"Sevilya"nın mərkəz müdafiəçisi Serxio Ramos İspaniya çempionatında qala bilər.
Apasport.az "Todofichajes" portalına istinadla xəbər verir ki, 38 yaşlı futbolçu "Sevilya" ilə yeni müqavilə imzalamağa yaxındır.
Tərəflər arasında mövcud müqavilə 2024-cü ilin iyunun sonunda başa çatır. Serxio klubla yeni 1 illik müqavilə imzalayacaq.
Xatırladaq ki, Ramos ötən ilin sentyabrında azad agent kimi PSJ-dən “Sevilya”ya keçmişdi. İspaniya çempionatının bu mövsümündə müdafiəçi 27 matçda iştirak edib, 3 qol vurub.
- Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasının prezidenti seçildi
- “Çelsi” de Liqt uğrunda mübarizədə liderdir
- I Liqa: “Karvan”, “İmişli” və “Zaqatala”dan böyükhesablı qələbə
- Rəşad Sadiqov: "Millinin baş məşqçisinə hər zaman təzyiq olacaq, çünki..." - Müsahibə
- İtaliyalı məşqçi "Sevilya"nı çalışdıra bilər
0
0