![“Real” 16 yaşlı braziliyalı alır](https://ww3.apasport.az/storage/news/2022/october/26/big/63591ce9971e563591ce9971e6166678448963591ce9971e263591ce9971e4.jpg)
“Real” Braziliyada yeni istedad tapıb.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu 16 yaşlı Endriki heyətinə qatmağı planlaşdırır.
“Palmeyras”ın yeniyetmə oyunçusu üçün 30-35 milyon avro ödəniləcəyi gözlənilir. Onun müqaviləsindəki sərbəstqalma qiyməti 60 milyon təşkil edir.
PSJ-nin 20 milyonluq təklifini rədd edən “Palmeyras” məhz 30-35 milyona razılaşacaq. Amma onun gələcək inkişafı kluba əlavə bonuslar gətirəcək.
Endrik “Palmeyras”ın tarixində qol vuran ən gənc futbolçudur. O, 16 yaş 3 aylığında bunu bacarıb.
Qeyd edək ki, Endrik yalnız 2024-cü ilin yayında 18 yaşı tamam olduqdan sonra Avropa klubları ilə müqavilə imzalaya bilər.