“Real” Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbekə marağını davam etdirir.
Apasport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Borussiya” Şlotterbekə 70 milyon avro qiymət qoyub. Bildirilir ki, “Bayern” və “Barselona” da uzun müddətdir ona maraq göstərsə də, “Real” yaxın zamanda konkret transfer addımları atmağa hazırdır.
Almaniyalı futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. Ancaq gözlənilir ki, Şlotterbek sözləşməsini yeniləməyəcək, çünki “Borussiya” avrokuboklarda uğur qazanmaq imkanına malik deyil.
Şlotterbek cari mövsümdə klub səviyyəsində 18 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
- "Zirə" - "Sabah": Heyətlər açıqlanıb
- Bədavi Hüseynov: "Bəzən gözlənilməz hadisələr də baş verir"
- UEFA-dan "Qarabağ"a 504 min avroluq bonus
- AMADA narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramı əsasında dəyirmi masa keçirib
- Afrika Millətlər Kuboku: Yığmanın 3 qapıçısı meydana çıxdı, məğlub oldular