"Real" ardıcıl 20 matçdır məğlub olmur
11.01.2024 - 13:37

İspaniya Superkubokunun yarımfinalında "Real" "Atletiko" ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, Karlo Ançelottinin komandası 5:3 hesablı qələbə qazanaraq turnirin finalına yüksəlib.
Xatırladaq ki, “kral” klubu ardıcıl 20 matçdır uduzmur. Paytaxt nəhəngləri sonuncu dəfə sentyabrın 24-də “Atletiko”ya məğlub olub.
Ançelottinin komandası növbəti matçını yanvarın 14-də İspaniya Superkubokunun finalında keçirəcək. Qarşılaşma Səudiyyə Ərəbistanındakı stadionda baş tutacaq.
Qeyd edək ki, Madrid təmsilçisinin rəqibi “Barselona” – “Osasuna” cütünün qalibi olacaq.
- Şahin Diniyev: “0:4 hesablı məğlubiyyət “Neftçi” üçün dönüş nöqtəsi ola bilər” - MÜSAHİBƏ
- Təmkin Xəlilzadə: “İnanıram ki, alnıaçıq şəkildə qayıdarıq”
- “Mançester Siti”nin mövsümdə ev oyunlarına biletlərin hamısı satıldı
- Mingəçevir avarçəkmə üzrə “Prezident Kuboku”na hazırdır - FOTO
- "Sabah" böyük hesablı qələbə qazandı
0
0