"Real" daha bir ukraynalı futbolçu ilə müqavilə imzaladı
03.02.2024 - 11:57

17 yaşlı ukraynalı qapıçı İlya Voloşin İspaniya çempionatının elit klubuna keçib.
Apasport.az xəbər verir ki, perspektivli qapıçı "Real"la müqavilə imzalayıb.
Bu barədə "kral klubu"nun rəsmi saytında məlumat verilib. Futbolçunun İspaniya klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Voloşin Dnepr Akademiyasının məzunudur. O, 2022-ci ilin payızında Ukrayna klubundan ayrılaraq azad agent kimi "Novelda"ya keçib.
Qeyd edək ki, "Real Madrid"in heyətində ukraynalı qapıçı Andrey Lunin də var. Bu mövsüm o, La Liqada 10 oyun keçirib və 5 qol buraxıb.
- Avropa birinciliyində 22 medal qazanan yığmamız komanda hesabında ikinci olub, yeni rekordlar vurub
- "Beşiktaş" və "Fənərbaxça"nın keçmiş baş məşqçisi vəfat edib
- "Barselona" "Mançester Yunayted"in hücumçusunu almaq istəyir
- “Kəpəz” darmadağın oldu, “Neftçi” uduzdu - YENİLƏNİR
- "Vulverhempton"un hücumçusu "AYNTRAXT"DA
0
0