“Real” Fransa millisinin üzvündən imtina edib
28.11.2025 - 19:28
"Real Madrid" mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan İbrahima Konate ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, komanda fransalı müdafiəçini transfer etmək niyyətində deyil.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
"Kral klubu"nun rəsmiləri İngiltərə təmsilçisi ilə əlaqə saxlayaraq 26 yaşlı futbolçunu transfer etməyəcəklərini bildiriblər.
Qeyd edək ki, Fransa millisinin üzvü cari mövsümdə “Liverpul”un heyətində 18 oyunda iştirak edib və həmin matçlarda 1 dəfə fərqlənib.
- İssa Diop Mərakeşə "həyat verdi" - Matçın oyunçusu seçildi
- Millimizin yeni baş məşqçisi: Şenol Günəş - İddia
- Erik Ten Haqın növbəti "qurbanı" - Bundesliqa klubunu çalışdıra bilər
- Qurban Qurbanov: “Futbolçularımın yaxşı oyuna hazır olduqlarına inanıram”
- Qurban Qurbanov: “Şanslarımızdan düzgün istifadə edəcəyik”
0
0