"Real Madrid" ardıcıl 27 matçdır evdə məğlub olmur
10.04.2024 - 13:19
!["Real Madrid" ardıcıl 27 matçdır evdə məğlub olmur](https://ww3.apasport.az/storage/news/2024/april/10/big/6616435525d1b6616435525d1c17127350616616435525d196616435525d1a.jpg)
"Real Madrid" evdə məğlubiyyətsiz matçlar seriyasını uzadıb.
Apasport.az xəbər verir ki, Karlo Ançelottinin komandası buna Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə qarşılaşmada (3:3) nail olub.
Belə ki, “Real” ardıcıl 27 oyundur bütün turnirlərdə (21 qələbə və 6 heç-heçə) evdə uduzmayıb. Bu, Madrid klubunun 2013-cü ildən bəri evdə ən uzun məğlubiyyətsizlik seriyasıdır.
Qeyd edək ki, "Mançester Siti"nin "Real"la cavab oyunu aprelin 17-də keçiriləcək.
0
0