"Real Madrid" komandadan narazıdır
08.03.2024 - 12:22
!["Real Madrid" komandadan narazıdır](https://ww3.apasport.az/storage/news/2024/march/08/big/65eabd33ab98065eabd33ab981170988267565eabd33ab97e65eabd33ab97f.jpg)
"Real Madrid" komandanın hazırkı formasından narazıdır.
Apasport.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbə rəhbərliyin "Los Blancos"un son 8 oyunun 4-ü heç-heçə ilə başa vurmasından narahat olduğunu bildirib.
Madridlilər son oyununu UEFA Çempionlar Liqasının 1/8 finalında "Leypziq" ilə keçirib. "Santyaqo Bernabeu" stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Karlo Ançelottinin komandası səfərdə qazandığı qələbə (1:0) sayəsində 1/4 finala yüksəlib.
0
0