"Real Madrid"də ikinci Mbappe
27.02.2024 - 12:37
!["Real Madrid"də ikinci Mbappe](https://ww3.apasport.az/storage/news/2024/february/27/big/65dd97b76979565dd97b769796170902111165dd97b76979365dd97b769794.jpg)
PSJ-nin yarımmüdafiəçisi Etan Mbappe klubunun qeydiyyatını dəyişə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Kilian Mbappenin qardaşı "Real Madrid"in maraq dairəsindədir.İki qardaşın ispan nəhəngində bir araya gəlməsi mümkündür.
17 yaşlı fransalı PSJ-nin gənclər komandasında bu mövsüm 22 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Onun transfer qiyməti 500 min avro olaraq dəyərləndirilir.
Qeyd edək ki, daha öncə Kilian Mbappenin yayda "Real"ın heyətinə qatılacağı bildirilmişdi. Tərəflər 5 illik müqavilə imzalayacaqlar.
0
0