"Real Sosyedad"ın rusiyalı yarımmüdafiəçisi komandaya qayıdır
05.03.2024 - 17:17
Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab matçını buraxacaq "Real Sosyedad"ın rusiyalı yarımmüdafiəçi Arsen Zaxaryanın vəziyyəti məlum olub.
Apasport.az xəbər verir ki, klubun rəsmisi Yon Ander Mundate bu barədə məlumat verib.
Mütəxəssis futbolçunun baldır əzələsində yüngül zədə olduğunu və onun növbəti məşqlərdə iştirak edib-etməyəcəyinin hələ məlum olmadığını bildirib: "O, şənbə günü keçiriləcək çempionat oyununa hazır olacaq”.
Qeyd edək ki, 20 yaşlı futbolçu bu mövsüm 35 oyunda iştirak edib, 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- İmişlidə işıq sistemi oğurlandı - "İnanırıq ki, DİN əməkdaşları məsələni həll edəcək"
- VAR sistemi ilk turdan fəaliyyətə başlayacaq
- Aleksandr Çertoqanov: "Yəqin ki, bizim dövrümüzdə də danışılmış oyunlar olub" - "Ofsayd"
- Kamerun millisi baş məşqçisi ilə yollarını ayırdı
- Paytaxt klubunda yeni müqavilə
0
0