“Real”dan 80 milyonluq müqavilə
20.09.2022 - 22:24
![“Real”dan 80 milyonluq müqavilə](https://ww3.apasport.az/storage/news/2022/september/20/big/632986fe59c2b632986fe59c2c1663665918632986fe59c29632986fe59c2a.jpg)
“Real” sponsoru “Emirates”lə yeni müqavilə imzalayacaq.
Apasport.az saytının məlumatına görə, aviaşirkətlə anlaşma 2026-cı ilədək uzadılacaq.
İspaniya klubu əməkdaşlıqdan 70 milyon avro qazanacaq. Komandanın nəticələri bu rəqəmi 80 milyona da çatdıra bilər.
Tərəflər arasında əməkdaşlıq 2011-ci ildə başlayıb. 2013-cü ildə şirkət “Real”ın baş sponsoru olub.
Qeyd edək ki, “Real” La Liqanın 6 oyununda 18 xal toplayıb.
0
0