“Real”ın forvardı ZƏDƏLƏNDİ
22.05.2025 - 00:22

İspaniya La Liqası təmsilçilərindən "Real Madrid" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın forvardı Endrik sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalının sağ ayağının oynaq vətəri zədələnib. Onun 2 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.
Qeyd edək ki, 18 yaşlı hücumçu bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol, 1 assistlə yadda qalıb.
0
0