“Real”ın futbolçusu La Liqada klubunu dəyişdi - RƏSMİ
28.05.2026 - 19:42
"Xetafe" "Real"dan icarəyə götürdüyü Mario Martinin transfer hüquqlarına yiyələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Mavilər" ispaniyalı futbolçu üçün "kral klubu"na 3,5 milyon avro təzminat ödəyib. "Real" İspaniya U-21 millisinin sabiq üzvünün növbəti satışından 50 faiz gəlir əldə edəcək.
Qeyd edək ki, "Xetafe" Mario Martini 2025-ci ilin yayında icarəyə götürüb. 22 yaşlı dayaq yarımmüdafiəçisi La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- David De Xea çətin seçim qarşısında
- “Fənərbaxça”da ayrılıq ehtimalı: Bundesliqa klubları hücumçunu istəyir
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
- “SHUSHA CHESS 2022” turnirinin iştirakçıları açıqlandı
- Yevlaxda yeni tikilən stadiona baxış keçirilib
0
0