“Real”ın maraqlandığı almaniyalı hücumçu
31.07.2022 - 23:25

“Maynts”ın futbolçusu Conatan Burkardt karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu “Real”ın transfer gündəmindədir.
Almaniyalının keçidi “kral klubu”na digər variantlardan qat-qat ucuz başa gələ bilər. Ancaq madridlilər bunun üçün ilk növbədə hücumçuları Mariano Diaz və ya Borxa Mayoralla yollarını ayırmalıdır.
Qeyd edək ki, Conatan Burkardt ötən mövsüm “Maynts”ın heyətində bütün turnirlərdə 37 oyunda 14 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.
- Adil Şükürov: "Bu il də hədəfimiz Premyer Liqada qalmaqdır"
- Filip İvanoviç: "Renduliç qrup mərhələsinə çatmağın düzgün formulunu bilir" - Müsahibə
- Neftçalada yeni baza fəaliyyətə başlayacaq
- PSJ və "Borussiya"da oynamış futbolçu "Trabzonspor"da
- Salman Süleymanovun xatirəsinə həsr olunmuş blits şahmat yarışı keçirilib
0
0