"Real"ın müdafiəçisi "Atalanta" ilə oyunu buraxacaq
08.12.2024 - 13:50
"Real Madrid"in sol müdafiəçisi Ferland Mendi Çempionlar Liqasının "Atalanta" ilə qarşıdakı matçında komandasına kömək etməyəcək.
Apasport.az xəbər verir ki, fransız futbolçu "Los Blancos"un "Jirona" ilə matçının (3:0) 81-ci dəqiqəsində əvəzlənib.
Fabrizio Romanonun sözlərinə görə, 29 yaşlı futbolçu əzələsindən zədə alıb və Çempionlar Liqasının “Atalanta” ilə oyununa kimi sağala bilməyəcək.
Qeyd edək ki, sözügedən görüş dekabrın 11-i Berqamoda baş tutacaq.
- Messi: “Zidan məşqçi olmayacağını desə də, Çempionlar Liqasını qazandı”
- Rəşad Sadıqov: “Məğlubiyyəti unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq“
- Azərbaycanın gimnastika hakimləri qitələrarası kurslarda yüksək nəticə göstəriblər
- Bundesliqa klubu baş məşqçisi ilə yollarını ayırıb
- Növbəti həftənin oyun cədvəli bəlli oldu
0
0