“Real”ın müdafiəçisi zədələnib
14.03.2025 - 00:27
“Real”ın müdafiəçisi zədələnib

"Real Madrid"in müdafiəçisi Ferlan Mendi zədələnib.

Apasport.az xəbər verir ki, fransız futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Atletiko"ya qarşı matçda sıradan çıxıb.

29 yaşlı oyunçu bud əzələsindəki zədə səbəbindən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, Mendi 2019-cu ildə "Real"a "Lion"a 48 milyon avro qarşılığında transfer olunmuşdu.

Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 assistlə yadda qalıb.