“Real”ın sabiq qapıçısından vida
28.12.2023 - 23:26
“Real”ın sabiq qapıçısı Dieqo Lopes karyerasını bitirib.
Apasport.az xəbər verir ki, bunu 42 yaşlı qolkiperin özü açıqlayıb.
Lopesin son klubu “Rayo Valyekano” olub. İyulda müqaviləsi başa çatan qapıçının anlaşması uzadılmayıb. Altı ay klubsuz qalan Dieqo futbolla vidalaşmağa qərar verib.
Qeyd edək ki, qolkiper “Milan”, “Vilyarreal”, “Sevilya” və “Espanyol”da da forma geyinib. O, “Real”da Çempionlar Liqası, La Liqa və İspaniya kubokunun qalibi olub.
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
- “Sumqayıt”ın baş məşqçisi: “Basketbolçuların əvəzetməsiz oynaması nəticəyə təsir etdi"
- Millimiz Bolqarıstanla qarşılaşacaq
- Ronaldo, Messi, Benzema və ya 33
- Montella istidən qorxmur: “Adanadakı istini görmüşəm”
0
0