Remsinin “Yuventus”dan tələbi
22.06.2022 - 21:50
Remsinin “Yuventus”dan tələbi

Aaron Remsi “Yuventus”dan getməyə razılıq verib.

Apasport.az saytının məlumatına görə, uelsli yarımmüdafiəçi müqaviləsinə xitam verilməsi üçün 4 milyon avro kompensasiya istəyir.

31 yaşlı futbolçunun anlaşması 2023-cü ilin yayında başa çatacaq. İllik maaşı 7,3 milyon avro olan Remsi bunun yarıdan çox hissəsi qarşılığında getməyə hazırdır.

Qeyd edək ki, futbolçu ötən mövsümün ikinci yarısını “Reyncers”də keçirib.