Renatın komandası son dəqiqədə xal itirdi
13.01.2024 - 17:24
Türkiyə Super Liqasının 20-ci həftəsində " Hatayspor" öz meydanında "Pendikspor"u qəbul edib .
Apasport.az xəbər verir ki, matçın ilk hissəsində qol olmasa da, 47-ci dəqiqədə səhnəyə çıxan Riqoberto Rivas vurduğu qolla "Hatayspor"u 1:0 önə keçirib.
90+4-cü dəqiqədə bu qola Leandro Kappel cavab verib və görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Meydan sahibləri xallarını 21-ə, qonaq komanda “Pendikspor” isə xallarını 16-ya yüksəldib.
Qeyd edək ki, millimizin üzvü Renat Dadaşov matça start heyətlə başlasa da, sonradan meydanı tərk edib.
- "Lənkəran" baş məşqçisi ilə müqavilənin müddətini uzadıb
- Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşdi
- Nazim Məmmədzadə: "Misli Premyer Liqası Latviya çempionatından səviyyəlidir"
- "Azərreyl"in finaldakı rəqibi müəyyənləşdi - YENİLƏNİB
- "İnter" futbolçuları meydana qara sarğı ilə çıxacaqlar
0
0