Renatın komandası yenə MƏĞLUB OLDU
06.01.2024 - 18:31

Türkiyə Superliqasının 19-cu həftəsində "Rizəspor" öz meydanında "Hatayspor"u qəbul edib.
Apasport.az xəbər verir ki, Çaykur Didi stadionunda keçirilən görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. “Rizəspor”a qələbə qazandıran qolları 19-cu dəqiqədə Dal Varesanoviç, 82-ci dəqiqədə isə İbrahim Olavoyin vurub.
Bu məğlubiyyətdən sonra baş məşqçisi Volkan Dəmirəl olan "Hatayspor"un qələbəsiz seriyası (4 məğlubiyyət, 2 bərabərlik) 6 matça yüksəlib.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Renat Dadaşov meydana sonradan daxil olsa da, fərqlənə bilməyib.
- Azərbaycan Prezidenti: “Bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır”
- Danışılmış oyunlara görə ömürlük diskvalifikasiya
- Bəxtiyar Musayev: "Qarabağ" bu tərzdə oynamağı xoşlamır” - MÜSAHİBƏ
- Şakiri Messi və Ronaldunun uğurunu təkrarladı
- De Bleker "Kəpəz"in futbolçuları ilə görüşüb
0
0