İngiltərə Premyer Liqası komandalarından “Mançester Yunayted” forması geyinən Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə “Barselona” klubu yaxından maraqlanır.
Hazırda iqtisadi problemlər yaşayan kataloniyalılar forvardı pulsuz şəkildə transfer etməyi planlaşdırır.
27 yaşlı ingiltərəli də bu təklifə müsbət yanaşır.
Oyunçu ilə La Liqa klubundan başqa, A Seriyası təmsilçilərindən “Milan”ın da maraq dairəsində olduğu bildirilib.
Qeyd edək ki, Reşford bu mövsüm “qırmızı şeytanlar”ın heyətində iştirak etdiyi 24 rəsmi matçda 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Emin Cəfərov Gənclər Liqasında
- PFL-dən təqdirəlayiq addım: I və II liqalarda da "Ayın qolu" seçiləcək
- Ümumdünya Şahmat Olimpiadasında III tur start götürür
- Hakimləri döyən baş məşqçiyə ağır cəza, “Göygöl”ə texniki məğlubiyyət
- Aslan Kərimov: "2 futbolçunun cəzalı olması komandaya təsir göstərəcək" - Müsahibə