Reşford müqaviləni uzadır
18.07.2023 - 00:00
![Reşford müqaviləni uzadır](https://ww3.apasport.az/storage/news/2023/july/17/big/64b52d2d1d27764b52d2d1d278168959518164b52d2d1d27564b52d2d1d276.jpg)
“Mançester Yunayted” futbolçusu Markus Reşfordla müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, tərəflər arasında bununla bağlı şifahi razılıq əldə olunub.
25 yaşlı hücumçunun yeni anlaşması 2028-ci ilədək nəzərdə tutulacaq. Onun indiki müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, Reşford 2016-cı ilin yanvarından “Mançester Yunayted”də çıxış edir.
0
0