Reşford “Sevilya”ya qarşı oynamayacaq
12.04.2023 - 15:46
Reşford “Sevilya”ya qarşı oynamayacaq

“Mançester Yunayted” Avropa Liqasının “Sevilya” ilə sabah keçiriləcək oyununa itki ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, Markus Reşford 1/4 finalın ilk matçını buraxacaq.

Premyer Liqanın XXX turunun “Everton”la qarşılaşmasında (2:0) zədələnən 25 yaşlı forvard qeyri-müəyyən müddət meydanlardan kənar qalacaq. Onun sonrakı bir neçə qarşılaşmanı da buraxacağı gözlənilir.

Qeyd edək ki, Markus mövsümün 47 oyununda 28 qol və 10 assistə imza atıb.