“Real”ın prezidentliyinə namizədi Enrike Rikelme Erlinq Haalandla bağlı açıqlamasını davam etdirib.
Apasport.az xəbər verir ki, Rikelme norveçli hücumçunun Madrid klubuna keçidi ilə bağlı iddiaların təkzib edilməsinə münasibət bildirib.
O, Haaland tərəfinin xəbərləri yalanlamasını prosesin bir hissəsi kimi qiymətləndirib:
“Haalandın klubu razılaşma xəbərini təkzib etdi? Bu, işin bir hissəsidir. Eyni şey Fiquda da yaşanmışdı. Futbolçunu qorumaqları, klub və ətrafı içində onu müdafiə etmələri lazım olduğunu anlayıram”.
Rikelme seçkidə qalib gələcəyi halda Haalandı “Real”a gətirəcəyini bir daha vurğulayıb:
“Amma sizə yenə deyirəm: prezident olsam, Erlinq Haaland “Real Madrid”in formasını geyinəcək”.
Qeyd edək ki, daha əvvəl “Mançester Siti” Haalandla bağlı İspaniya mətbuatında yayılan xəbərləri təkzib etmişdi. İngiltərə klubu futbolçunun adının və görüntüsünün bu kontekstdə istifadə olunmasına görə hüquqi addımlar atmağı da nəzərdən keçirdiyini açıqlamışdı.