Rişarlson psixoloq axtarır
13.09.2023 - 18:12
"Tottenhem"in hücumçusu Rişarlson psixoloqun xidmətindən istifadə edəcək.
Apasport.az saytı xəbə verir ki, bunu 26 yaşlı braziliyalı futbolçunun özü açıqlayıb.
Forvard şəxsi həyatında baş verənlərin ona mənfi təsir etdiyini deyib: “Meydanda qrupun xoşbəxt adamıyam, hər kəsə mümkün qədər kömək etməyə çalışıram. Amma meydandan kənarda son 5 ay mənim üçün çətin oldu. İngiltərəyə qayıtdıqdan sonra psixoloqa müraciət etməyi düşünürəm. Bu, mənə daha güclü qayıtmağa kömək edəcək”.
Qeyd edək ki, 2022-ci ildən London klubunda çıxış edən Rişarlson bu mövsüm 5 matçda 1 dəfə fərqlənib.
- "Sumqayıt"ın qapıçısı: “Fehervar”a görə narahat deyiləm"
- Yeniyetmələr arasında Liqa yarışının II turunun ikinci yarış günü keçirilib
- AFFA-nın əməkdaşları Xorvatiyada seminarda iştirak ediblər
- Nurəddin Rəcəbov: “Bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”
- Qazaxıstan klubu Emil Balayevlə ayrılığı açıqladı
0
0