Belçika yığmasının baş məşqçisi Roberto Martines DÇ-2022-nin favoritlərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis dörd gündən sonra başlayacaq mundialın qızıl medallarına namizədləri müəyyənləşdirib.
Martines 32 iştirakçıdan 8-ni iddiaçı sayır: “Çempionluğa namizədlərim son turnirin dörd yarımfinalçısının hamısı, İspaniya və Almaniya, həmçinin Cənubi Amerikanın iki təmsilçisi Braziliya ilə Argentinadır. Amma bu komandalardan daha çox şansa malik olduğunu söyləmək çətindir”.
Qeyd edək ki, son çempionatın yarımfinalçıları Fransa, Belçika, Xorvatiya və İngiltərə yığmalarıdır.
- Könülləri fəth etdi, qəribə qrafik cızdı, prezidentliyi bacarmadı - ULDUZLAR
- “Turan Tovuz” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB
- Rəşad Sadıqov: "Çalışdıq ki, oyunboyu ona dəstək olaq, çox təzyiq göstərməyək"
- Beynəlxalq Konkisürmə İttifaqı yarışlarda salto yerinə yetirməyə icazə verib
- Əli Daei barəsində ölüm hökmü çıxarıldı