Robertson “Atletiko”nun əsas transfer hədəfidir
17.06.2025 - 15:58
Robertson “Atletiko”nun əsas transfer hədəfidir

“Atletiko Madrid” “Liverpul”un sol cinah müdafiəçisi Endryu Robertsonu heyətinə qatmaq niyyətindədir.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Madrid təmsilçisi 31 yaşlı futbolçunu heyətinə azad agent kimi qatmaq istəyir. Şotlandiya millisinin üzvünün müqaviləsi gələn yay başa çatacaq.

Mersisaydlıların “Bornmut”dan sol cinah müdafiəçisi Miloş Kerkezlə razılığa gəlməsi ilə öz mövqeyini itirəcəyi gözlənilən Robertson da bu keçidə müsbət yanaşır.
 
Qeyd edək ki, şotland futbolçu “Liverpul”a 2017-ci ilin yayında “Hall Siti”dən 9 milyon avroya transfer olunub. O, “qırmızılar”la 2 dəfə Premyer Liqanı, 1 dəfə isə Çempionlar Liqasını qazanıb.