“Real”ın hücumçusu Rodriqo qışda komandadan ayrılmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.
Mənbənin iddialarına görə, braziliyalı vinger artıq iki klubla danışıqlara başlayıb.
Bildirilir ki, Rodriqonun xidmətində əsas maraqlı tərəflər “Arsenal” və “Mançester Siti”dir. Madrid təmsilçisi futbolçunun satışından təxminən 100 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, Rodriqo cari mövsümdə bütün turnirlər üzrə 21 oyunda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Real”la mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
- A Seriyası: Autsayderlər turu 1 xalla başa vurdu - VİDEO
- Hüseyn Məhəmmədov: "AFFA-nın “Qəbələ”ni Premyer Liqada saxlayacağını gözləmirdim" - MÜSAHİBƏ
- "Qarabağ"dan darmadağın - YENİLƏNİB
- Türkiyə Superkuboku: Yarımfinal və finalın tarixləri müəyyənləşib
- İlin ilk rəsmi matçı başladığı kimi bitdi - YENİLƏNİB