Konfrans Liqasında 2021/22 mövsümünün final oyunu keçirilib.
Apasport.az saytının məlumatına görə, ilk dəfə təşkil olunan Avropanın üçüncü dərəcəli klub turnirinin qalibi Tiranadakı finalda bəlli olub.
Albaniya paytaxtı “Roma” və “Feyenoord”un duelinə şahidlik edib. Qarşılaşmada yalnız bir qol vurulub. 32-ci dəqiqədə Nikolo Zaniolo İtaliya təmsilçisinin qoluna imza atıb. Bu top həm matçın, həm də kubokun taleyini həll edib.
1:0 hesabı ilə qələbə qazanan “canavarlar” Konfrans Liqasının tarixinə ilk qalib kimi düşüb. Romanın eyniadlı təmsilçisi özünün ilk qitə miqyaslı kubokunu başı üzərinə qaldırıb. “İnter”in 2009/10 mövsümündə qazandığı Çempionlar Liqasından 12 il sonra avrokubok İtaliyaya yollanıb. Həmin vaxt Milan təmsilçisi ilə tarix yazan Joze Mourinyo bu dəfə yeni klubunda yeni kubokun sahibi olub. Portuqaliyalı mütəxəssis Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının üçündə də çempionluq sevinci yaşayan ilk baş məşqçi kimi tarixə düşüb.
- “Sərhədçi”nin legioneri: "Azərbaycanda yeməklərin dadına baxdım və..."
- Kenni Sayef: "Neftçi"ni aid olduğu yerə geri qaytarmaq üçün əlimizdən gələni edirik"
- Sadio Mane: “Müsəlman olduğum üçün mənimlə çox pis davranırlar”
- Stefan Kuntza alman millisindən təklif
- BOK-un tibbi ekspertindən Bakıda elmi-praktik təlim - FOTO