“Roma”nın kapitanı sıradan çıxdı - 2 ay oynamayacaq
23.10.2026 - 14:43
“Roma”nın kapitanı sıradan çıxdı - 2 ay oynamayacaq

“Roma” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın kapitanı Lorenzo Pelleqrini zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi sağ bud nahiyəsində zədə alıb. Onun 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, Pelleqrini UEFA Çempionlar Liqasında “Slovan Bratislava”ya qarşı keçirilən və “Roma”nın qələbəsi ilə başa çatan matçda zədələnib.